Vidadi Rzayevin AFFA-dan GÖZLƏNTİSİ

Müsahibə
3 Aprel 2024 18:37
445
Vidadi Rzayevin AFFA-dan GÖZLƏNTİSİ

“Yeni rəhbərliyi çətin iş gözləyir”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev deyib.

O, AFFA rəhbərliyindəki dəyişikliklərdən sonra gözləntilərini açıqlayıb. 57 yaşlı veteran futbolçu yeni prezident Rövşən Nəcəfin Azərbaycan futbolunu inkişaf edəcəyinə əminlik ifadə edib: “AFFA-nın əvvəlki rəhbərliyi bunadək müəyyən yaxşı işlər görsə də, səmərəli fəaliyyət göstərməyib. Çatışmayan cəhətlər çoxluq təşkil edib. Səhv addımlar və s. bir sıra amillərə şahid olmuşuq. İdeal insan və iş yoxdur. Lakin ən azından yeni gələn rəhbərliyə inanırıq ki, müəyyən tələbləri yerinə yetirə bilər. Qarşılarına qoyduqları məqsədlərə çatıb-çatmayacağını isə zaman göstərəcək”.

Banuçiçək Hüseynli
İdman.biz