Dani Alvesin azadlığa çıxması üçün 1 milyonu kimin ödədiyi bəlli olub

Xəbərlər
1 Aprel 2024 12:16
1 152
Dani Alvesin azadlığa çıxması üçün 1 milyonu kimin ödədiyi bəlli olub

1 milyon avroluq girov qarşılığında azadlığa buraxılan Dani Alves üçün bu məbləğin kimin ödədiyi bəlli olub.

İdman.biz xəbər verir ki, pul ödənişi veteran futbolçunun ölkəsində dərc edilən jurnallardan biri tərəfindən həyata keçirilib.

Adı qeyd olunmayan jurnalın bu addımı atmaqda məqsədi Alvesdən yaxın günlərdə geniş müsahibə almaq istəyi olub. Razılığa əsasən, braziliyalı həbsxanada yaşadığı bütün maraqlı anlar haqqında danışacaq.

Qeyd edək ki, fevralın 22-də Alves cinsi təcavüzdə təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl onun üçün 1 milyon avroluq girovu Neymar və Memfis Depayın ödədiyi də deyilirdi.

İdman.biz

Məqalədə: