Dani Alves yenidən məhkəməyə verilib - SƏBƏB - VİDEO

Xəbərlər
29 Mart 2024 17:56
Dani Alves yenidən məhkəməyə verilib - SƏBƏB - VİDEO

Braziliyalı veteran futbolçu Dani Alves yenidən məhkəməyə verilib.

İdman.biz xəbər verir ki, buna səbəb bəstəsi “sambaçı”ya məxsus olan “Aviao” mahnısıdır.

2020-ci ildə Alveslə yanaşı, bir neçə məşhur da musiqinin müəllifi kimi təqdim olunub. Lakin bəstəkarlar Juliano və Tiaqo Mateus Danini müəllif hüquqlarını pozmaqda ittiham edirlər. Onlar mahnının plagiat olduğunu bildiriblər.

Futbolçunun vəkili isə ittihamı rədd edib. O, əsərin sırf Alvesə məxsus olduğunu açıqlayıb.

Lakin şikayətə əsasən o, bu dəfə Braziliya məhkəməsinə videobağlantı vasitəsilə ifadə verəcək.

Qeyd edək ki, Alves bu yaxınlarda 4,5 il həbs olunsa da, 1 milyon avro girov müqabilində azadlığa çıxıb.

İdman.biz

Məqalədə: