Braziliyalı veteran futbolçu Dani Alves həbsdən çıxdıqdan 1 gün sonra dostları və ailəsi üçün dəbdəbəli ziyafət təşkil edib.
İdman.biz xəbər verir ki, bu barədə İspaniyanın "Record" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, tədbir futbolçunun azadlığa çıxmasına yox, atasının doğum gününə həsr olunub.
Qonaqların səhər saat 5-ə qədər əyləndiyi qeyd edilir.
Xatırladaq ki, braziliyalı bu yaxınlarda 4,5 il həbs cəzasına məhkum edilsə də, girov müqabilində azad edilib. Memfis Depayın Dani Alvesin zaminə buraxılması üçün 1 milyon avro ödədiyi bildirilirdi. Lakin niderlandlının agenti bunu şayiə adlandıraraq, xəbəri təkzib edib.
İdman.biz