Millinin baş məşqçisi ilə bağlı qərar verilib

28 Mart 2024 10:22
510
Millinin baş məşqçisi ilə bağlı qərar verilib

Uels milli komandasının baş məşqçisi Rob Peyc postunda qalacaq.

İdman.biz xəbər verir ki, bunu Uels Futbol Assosiasiyasının prezidenti Stiv Uilyams açıqlayıb.

O bildirib ki, yığma AVRO-2024-ə vəsiqə qazana bilməsə də mütəxəssisin vəzifəsində qalmasına qərar verilib: “Robun müqaviləsi DÇ-2026-nın sonuna qədərdir. Biz də onunla işimizə davam edəcəyik”.

Qeyd edək ki, Uels pley-offun finalında Polşaya uduzub – 0:0, pen. 4:5.

İdman.biz

Məqalədə: