21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in final mərhələsinə vəsiqə şansını rəsmən itirib.
İdman.biz xəbər verir ki, buna seçmə mərhələnin F qrupunun martın 26-da keçirilən günün son oyunu səbəb olub.
İngiltərə millisi Lüksemburqa 7:0 hesabı ilə qalib gəlib. Bununla da ikinci pillədə qərarlaşan futbolun yaradıcıları yığmamızla xal fərqini 15-ə çatdırıb. Seçmə mərhələdə 4 oyunu qalan Samir Əliyevin yetirmələri bütün matçlarda qalib gəlsə də, ən azı pley-offa çıxmaq üçün zəruri olan ikincilik şansı ilə vidalaşıb. Qrupun digər matçında isə Şimali İrlandiya səfərdə Serbiyanı məğlub edib – 2:1.
Qeyd edək ki, seçmə mərhələnin 9 qrupunun qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci yeri tutanlardan ən yaxşı nəticəyə malik 3 komanda da turnirə vəsiqə qazanacaq. Digər 6 “ikinci” pley-offa son üç vəsiqə üçün mübarizə aparacaq.
| 
			 1  | 
			
			 Ukrayna  | 
			
			 6  | 
			
			 6  | 
			
			 0  | 
			
			 0  | 
			
			 15-2  | 
			
			 18  | 
		
| 
			 2  | 
			
			 İngiltərə  | 
			
			 7  | 
			
			 6  | 
			
			 0  | 
			
			 1  | 
			
			 31-4  | 
			
			 18  | 
		
| 
			 3  | 
			
			 Serbiya  | 
			
			 7  | 
			
			 3  | 
			
			 1  | 
			
			 3  | 
			
			 9-16  | 
			
			 10  | 
		
| 
			 4  | 
			
			 Ş.İrlandiya  | 
			
			 6  | 
			
			 2  | 
			
			 0  | 
			
			 4  | 
			
			 4-8  | 
			
			 6  | 
		
| 
			 5  | 
			
			 Lüksemburq  | 
			
			 8  | 
			
			 1  | 
			
			 1  | 
			
			 6  | 
			
			 4-23  | 
			
			 4  | 
		
| 
			 6  | 
			
			 Azərbaycan  | 
			
			 6  | 
			
			 1  | 
			
			 0  | 
			
			 5  | 
			
			 3-13  | 
			
			 3  | 
		
İdman.biz
        
                        
                        
                        
                        
                        
                        
                        
                    
                    
                    
                    