Robert Andrix: “Qarabağ” ilk 70 dəqiqədə bacardığının 120 faizini etdi"

Xəbərlər
8 Mart 2024 14:53
565
Robert Andrix: “Qarabağ” ilk 70 dəqiqədə bacardığının 120 faizini etdi"

"Qarabağ"la matçda biz çox ləng oynadıq. Lazım olan anlarda kifayət qədər aqressiv deyildik".

İdman.biz xəbər verir ki, bunu "Bayer"in futbolçusu Robert Andrix deyib.

O, Avropa Liqasının "Qarabağ"la Bakıda keçirilən matçı barədə fikirlərini bildirib: "Çox axmaq əks-hücum vəziyyətlərinə düşdük. Bu, həmişə nəticə vermir, biz də bunu bilirik. Oyun çox qarışıq keçdi. Təbii ki, biz yaxşı oynamadıq. Amma "Qarabağ" yaxşı çıxış etdi. Onlar ilk 60-70 dəqiqədə bacardıqlarının 120 faizini etdilər".

Qeyd edək ki, "Qarabağ" – "Bayer" oyunu 2:2 hesabı ilə başa çatıb.

İdman.biz