Bellinqem Çempionlar Liqasının rekordunu təkrarlayıb

Xəbərlər
7 Mart 2024 11:08
411
Bellinqem Çempionlar Liqasının rekordunu təkrarlayıb

Cud Bellinqem Çempionlar Liqasının rekordunu təkrarlayıb.

İdman.biz xəbər verir ki, “Real”ın ingiltərəli yarımmüdafiəçisi yeni klubunda ardıcıl 6 oyunda qol və ya ötürməyə imza atan 4-cü futbolçu olub.

Cud bu matçlarda 4 qol v ə 4 assist müəllifi kimi fərqlənib. Bellinqemə qədər Artyom Dzyuba, Kilian Mbappe və Sebastyan Aller yeni klubunda ardıcıl 6 görüşdə qol vurulmasında pay sahibi olub.

Dzyuba 2015-ci ildə “Zenit”də 6 qol və 2 ötürmə ilə yadda qalıb. İki il sonra Mbappe PSJ-də 4 dəfə özü fərqlənib, üç dəfə assist edib. 2021-ci ildə “Ayaks”da forma geyinən Aller 11 qol və 2 ötürmə müəllifi olub.

Qeyd edək ki, Çempionlar Liqasında ötürmələrlə bağlı hesablamalar 2003/04 mövsümündən aparılır.

İdman.biz

Məqalədə: