Tahir Süleymanovdan təyinatına münasibət: “Çox böyük işlər görülməlidir”

5 Mart 2024 11:16
591
Tahir Süleymanovdan təyinatına münasibət: “Çox böyük işlər görülməlidir”

“Namizədliyimi irəli sürən, səs verən, prosesdə dəstək verən, əməyi keçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm”.

Bunu İdman.bizə Bakı Futbol Federasiyasının yeni prezidenti Tahir Süleymanov deyib.

O bildirib ki, səmərəli fəaliyyət üçün ilk növbədə qurumun maddi-texniki bazası təmin edilməlidir: “Sadə məsələ deyil, bu yolda çox böyük işlər görülməlidir. İdeyalar kifayət qədərdir. Bunların həyata keçirilməsi üçün şərait olmalı, yaradılmalıdır. Azərbaycan futbolunun ən problemli sahələrindən biri uşaq futbolunun vəziyyətidir. Digər məqamlarla birgə, prioritet məsələ təməldən işlərin düzgün qurulmasıdır. "Sabahın ulduzları" layihəsini yenidən dirçəltməyə çalışacağıq”.

Banuçiçək Hüseynli
İdman.biz