“Neftçi” “Qarabağ”la oyun öncəsi zədəli futbolçularının durumunu açıqlayıb

Xəbərlər
2 Mart 2024 15:00
332
“Neftçi” “Qarabağ”la oyun öncəsi zədəli futbolçularının durumunu açıqlayıb

"Neftçi"də zədəli futbolçuların durumuna aydınlıq gəlib.

Klubdan İdman.bizə verilən məlumata görə, 3 oyunçunun zədəsi davam edir.

Azər Əliyev fizioterapiya prosesindədir. Emil Balayev, eləcə də Fələstin millisində zədələnən Ataa Caber isə bərpa və müalicə mərhələsini davam etdirir.

Qeyd edək ki, Azərbaycan çempionatının 25-ci turunda "Neftçi" doğma meydanda "Qarabağ"la qarşılaşacaq. Matç sabah saat 19:00-da start götürəcək.

İdman.biz

Məqalədə: