Vladimir Qabulov: "Lunyov komandanın birinci qapıçısı olmağa iddia etmək gücündədir”

26 Fevral 2024 15:44
815
Vladimir Qabulov: "Lunyov komandanın birinci qapıçısı olmağa iddia etmək gücündədir”

“Andreyin qapıçılıq bacarıqları bəllidir. Lunyov yüksək ustalıq səviyyəsinə malikdir”.

İdman.biz xəbər verir ki, bunu Rusiya millisinin sabiq qapıçısı Vladimir Qabulov deyib.

Rusiya mətbuatına açıqlama verən futbol veteranı “Qarabağ”ın qapıçısı Andrey Lunyov haqda fikirlərini bölüşüb. O, Ağdam təmsilçisinin 32 yaşlı legionerini Rusiya millisinin “1 nömrə”si olmağa namizəd sayır: “O, yaxşı səviyyəli qapıçıdır. Lunyov sadəcə milliyə çağırılmağa deyil, komandanın birinci qapıçısı olmağa iddia etmək gücündədir. Andrey “Qarabağ”da praktika qazanıb və öz səviyyəsini sübut edir”.

Qeyd edək ki, Andrey avrokuboklarda “Qarabağ” forması ilə keçirdiyi 8 oyunda 13 top buraxıb.

İdman.biz

Məqalədə: