Paytaxt sakinlər püşkdə “Qarabağ”a kimi istəyirlər? - İdman.biz TV - VİDEO

Xəbərlər
23 Fevral 2024 14:22
659
Paytaxt sakinlər püşkdə “Qarabağ”a kimi istəyirlər? - İdman.biz TV - VİDEO

Bu gün Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibləri bəlli olacaq.

İdman.biz TV Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində başlayacaq püşkatma ilə bağlı Bakı sakinləri arasında sorğu keçirib.

Paytaxt sakinləri "Qarabağ”ın pley-offda “Braqa” üzərində möhtəşəm qələbəsinə münasibət bildirib və Azərbaycan çempionuna rəqib görmək istədikləri klubların adlarını açıqlayıblar.

Qeyd edək ki, komandamızın potensial rəqibləri sırasında “Reyncers” və “Slaviya” ilə yanaşı, “Vest Hem”, “Brayton”, “Atalanta”, “Liverpul”, “Vilyarreal” və “Bayer” yer alıb.

Sorğunun videovariantını təqdim edirik:

Banuçiçək Hüseynli
İdman.biz