“Qarabağ” püşkü gözləyir: 1/8 finaldakı mümkün rəqiblər

Xəbərlər
23 Fevral 2024 00:27
“Qarabağ” püşkü gözləyir: 1/8 finaldakı mümkün rəqiblər

Avrokuboklar tarixində 1/8 finala yüksələn ilk Azərbaycan klubu kimi düşən “Qarabağ”ın rəqibi bu gün bəlli olacaq.

İdman.biz xəbər verir ki, Ağdam klubunun mübarizəni davam etdirdiyi Avropa Liqasında 1/8 final mərhələsinin püşkü İsveçrənin Nyon şəhərində atılacaq.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Pley-offda Portuqaliyanın “Braqa” klubunu (4:2, 2:3) mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri püşkatmada səpələnməmişlər səbətində olacaq.

“Qarabağ” Avropa Liqasının qrupunda 1-ci yeri tutan və bu üzdən pley-offdan azad olan komandalardan biri ilə görüşəcək. Səpələnmişlər səbətində adlı-sanlı klublar da daxil olmaqla, 8 komanda yer alıb. Bu səbətə İngiltərə klubları “Liverpul”, “Vest Hem”, “Brayton”, İtaliya “Atalanta”sı, Şotlandiya “Reyncers”i, İspaniya “Vilyarreal”ı, Çexiya “Slaviya”sı və Almaniya təmsilçisi “Bayer” daxil edilib.

1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab matçları 14-də keçiriləcək. “Qarabağ” və digər səpələnməmiş klublar ilk qarşılaşmaya evdə çıxacaqlar.

Səpələnmişlər
“Vest Hem”
“Brayton”
“Atalanta”
“Reyncers”
“Liverpul”
“Vilyarreal”
“Slaviya”
“Bayer”

Səpələnməmişlər
“Qarabağ”
“Frayburq”
“Milan”
“Benfika”
“Sportinq” – “Yanq Boyz” cütünün qalibi
“Marsel” – “Şaxtyor” cütünün qalibi
“Sparta” – “Qalatasaray” cütünün qalibi
“Roma” – “Feyenord” cütünün qalibi

İdman.biz