Bəxtiyar Musayev: “Qarabağ” oynamasa da, çempion olacaq” - VİDEO

Xəbərlər
22 Fevral 2024 18:00
487
Bəxtiyar Musayev: “Qarabağ” oynamasa da, çempion olacaq” - VİDEO

“Qarabağ” istisna olmaqla, digər klublarımız tez-tez uduzurlar və tez-tez heç-heçələr qeydə alınır”.

Bunu "İdman Bizdə" verilişinin qonağı olan “Qarabağ” və Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

50 yaşlı mütəxəssis Premyer Liqanın səviyyəsini dəyərləndirib. O bildirib ki, ölkə çempionatında 2-ci yer uğrunda mübarizə aparan komandalar eyni gücə malikdir: “Hərdən elə təəssürat yaranır ki, “Qarabağ” oynamasa da, çempion olacaq. Fərq çox böyükdür. 2-8-ci yerləri bir-birindən az xal fərqi ayırır. “Sumqayıt” stabil çıxış ilə məni təəccübləndirir. “Sabah” da üst pillələrə qalxacaq. Gümüş medallara “Zirə” və “Neftçi də şanslıdır”.

Veteran futbolçu “Qarabağ”dan fərqli, növbəti mövsümdə də avrokuboklara qatılmaq imkanı əldə edəcək klubların uğurlu çıxışına indidən inanmır: “Göstərdikləri oyunlar bunu deməyə əsas verir. Hazırda davam edən mövsümün startında “Sabah” ümid yaratmışdı, amma artıq onlar haqda da belə düşünülmür. Güclü məşqçiləri ilə də yollarını ayırdılar. Düşünürəm ki, Murad Musayev “Sabah”a daha çox yardım edə bilərdi. Digər komandalarla bağlı nikbin nəsə söz demək mümkün deyil. Ümid qalır, yay transfer pəncərəsinə... Bəlkə yaxşı futbolçular gətirə və oyun planlarını yaxşılaşdırmaq üçün nələrsə edərlər”.

Emin Ağa
İdman.biz