Ekvadorlu futbolçunun “Sumqayıt”a keçidi rəsmiləşib - VİDEO

Xəbərlər
22 Fevral 2024 15:35
162
Ekvadorlu futbolçunun “Sumqayıt”a keçidi rəsmiləşib - VİDEO

“Sumqayıt” heyətinə yeni futbolçu qatıb.

İdman.biz xəbər verir ki, bunu “Gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Premyer Liqa klubu Cordan Rezabala ilə müqavilə imzalayıb. 24 yaşlı ekvadorlu yarımmüdafiiəçi ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub. O, “Sumqayıt”a azad agent kimi qoşulub.

Qeyd edək ki, son klubu “Aukas” olan Cordan vətənində “İndependente”, “Olmedo”, “Manta”, “Quayakil”, Meksikada “Tixuana”, “Dorados” klublarında forma geyinib. O, Ekvadorun U-17, U-20 və U-23 yığmalarında oynayıb.

İdman.biz

Məqalədə: