Bəxtiyar Musayev: “Qarabağ” neçə illərdir bacardığından artıq futbol oynayır” - VİDEO

Müsahibə
22 Fevral 2024 14:36
925
Bəxtiyar Musayev: “Qarabağ” neçə illərdir bacardığından artıq futbol oynayır” - VİDEO

“Avropa Liqasında “Braqa” kimi komanda ilə matçda 2 top fərqi ilə qələbə qazanmaq, heç də mərhələ adladıq demək deyil”.

Bunu "İdman Bizdə" verilişinin qonağı olan “Qarabağ” və Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesabı ilə uduzan “Braqa” Azərbaycan çempionundan üstündür: “Portuqaliyalıları futbolçularının keyfiyyəti, oynadıqları çempionata və infrastrukturuna görə belə hesab edirəm. “Qarabağ” neçə illərdir bacardığından artıq futbol oynayır. Bizi də qələbələri ilə buna alışdırıb. Ümumi mənzərəyə baxdıqda, çempionatla top klubların oynadığı liqalar arasında böyük fərq var. Ona görə də bu mərhələyə, bu qələbəyə görə də “Qarabağ”a “çox sağ ol” düşür. Bizi qələbələri ilə sevindirir və qat-qat böyük işlər görür”.

Qeyd edək ki, “Qarabağ” - “Braqa” görüşü bu gün saat 21:45-də Tofiq Bəhramov Adına Respublika stadionunda baş tutacaq.

Emin Ağa
İdman.biz