Tarix yazıldı: “Qarabağ” 1/8 finalda - YENİLƏNİB - VİDEO

Xəbərlər
23 Fevral 2024 00:23
1 005
Tarix yazıldı: “Qarabağ” 1/8 finalda - YENİLƏNİB - VİDEO

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

İdman.biz xəbər verir ki, Ağdam klubu Avropa Liqasının pley-off mərhələsinin cavab matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Bakıda “Braqa”nı qəbul edib. Portuqaliyada 4:2 hesablı qələbə qazanan “Qarabağ” çox çətinliklə 1/8 finala adlayıb. 90 dəqiqə rəqib komandanın 2:0 hesablı üstünlüyü ilə bitib və qalib əlavə vaxtda müəyyənləşib. 10 nəfərlə qalan "Qarabağ" 120+2-ci dəqiqədə lazım olan qolu vurub. Braqada son dəqiqələrdə 5-ci qolu vurmaq şansını qaçıran Nəriman Axundzadə bu dəfə oyunun qəhrəmanı olub.

Tarixi şansdan yararlanan ağdamlılar avrokuboklarda 16 güclüsü sırasına düşən ilk Azərbaycan klubu olub.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkü bu gün atılacaq. Pley-offun qalibi olan 8 komanda qrup mərhələsində 1-ci yeri tutanlarla qarşılaşacaq.

Avropa Liqası
Pley-off, cavab oyunu
22 fevral
21:45. “Qarabağ” – “Braqa” - 0:2, ə.v. 2:1
Qollar:
Mateuş Silva, 102. Nəriman Axundzadə, 120+2 - Roje Fernandeş, 71. Alvaro Calo, 83. Simon Banza, 115 (pen.)
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
"Qarabağ": 99. Andrey Lunyov, 29. Marko Vesoviç, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Ağabala Ramazanov, 2. Mateuş Silva, 5. Maksim Medvedev, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 65. Patrik Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Sikou Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 22. Pizzi, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 11. Roje Fernandeş.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukas Horniçek, 5. Serdar Saatçi, Joze 6. Fonte, 10. Şer Ndur, 17. Yosafat Mendes, 7. Bruma, 20. Roni Lopes, 18. Vitor Karvalyo, 55. Cissumba, 59. Yan Said, 90. Cibril Sumare, 14. Alvaro Calo
Baş məşqçi: Artur Jorje
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:2

İdman.biz