Mirça Rednik təcili xəstəxanaya yerləşdirilib

Xəbərlər
19 Fevral 2024 17:55
545
Mirça Rednik təcili xəstəxanaya yerləşdirilib

“Xəzər Lənkəran”ın sabiq rumıniyalı baş məşqçisi Mirça Rednikin səhhətində problem yaranıb.

İdman.biz xəbər verir ki, hazırda ölkəsinin “UTA Arad” klubunu çalışdıran 61 yaşlı mütəxəssis məşqdə özünü pis hiss etdiyi üçün təcili xəstəxanaya yerləşdirilib.

Müayinədən sonra ötən ilin avqustunda infarkt keçirən Rednikin durumunda ciddi problem olmadığı bildirilib.

Qeyd edək ki, 2010-2011-ci illərdə Lənkəran təmsilçisinin “sükanı arxasında” olan Rednik artıq tarixin yaddaşına qovuşan klubla Azərbaycan kubokunu qazanıb.

İdman.biz

Məqalədə: