Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycanın U-16 futbol millisinin açıq məşqi keçiriləcək.
İdman.Biz xəbər verir ki, hazırlıq prosesi oktyabrın 22-də saat 16:30-da Hövsan Yarış Kompleksində təşkil olunacaq. Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq. Bundan əvvəl yığmanın baş məşqçisinin iştirakı ilə brifinq keçiriləcək.
Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək.
Komandamız oktyabrın 25-də saat 12:45-də Andorra, 19:30-da isə Avstraliya ilə üz-üzə gələcək. Hər iki qarşılaşma Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Oktyabrın 26-da yığmamız həmin meydançada saat 11:30-da İsrail, 18:15-də isə Haiti millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 ölkənin iştirakı, minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.
