Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunda “Sabah”ı qəbul edəcək “Qəbələ”nin heyətində itkilər müəyyənləşib.
“Qırmızı-qaralar”ın mətbuat katibi Elnur Məmmədlinin İdman.Biz-ə verdiyi məlumata görə, “Qəbələ”ni qapıçısı Artur Motta məşqdə zədə aldığından sözügedən oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Qəbələ” - “Sabah” oyunu oktyabrın 17-də keçiriləcək. Qəbələ şəhər stadionunda reallaşacaq görüşün start fiti 16:00-da səsləndiriləcək. “Qəbələ” dörd xalla turnir cədvəlinin 10-cu pilləsində yer alıb. 16 xala malik “Sabah” isə ikincidir.
