Azərbaycanın 23 yaşadək minifutbol millisi Xorvatiyada keçirilən dünya çempionatında bu gün növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, yığma Slovakiya seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 13:40-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki görüşlərdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2 hesabı ilə məğlub edib, Rumıniya ilə isə 3:3 hesablı heç-heçə edib.
