“Birbaşa Bakı” komandası minifutbol üzrə Çempionlar Liqasında ikinci oyununu keçirib.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi E qrupunda Macarıstanın “Çikaqo Bandur” komandası ilə qarşılaşıb.
Görüş “Birbaşa Bakı”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan komandasının qollarını Mirmehdi Rzayev (22), Elvin Əlizadə (27) və Eşqin Tağıyev (28) vurublar.
Qeyd edək ki, “Birbaşa Bakı” turnirdə ilk oyununda İngiltərənin “Ardeleni” komandasını 3:2 hesabı ilə məğlub edib.
