Çempionlar Liqasının qalibi Səudiyyə Ərəbistanı klubuna keçdi

7 Sentyabr 2026 16:27
77
Çempionlar Liqasının qalibi Səudiyyə Ərəbistanı klubuna keçdi

Futbol üzrə Niderland millisinin sabiq yarımmüdafiəçisi Corcinyo Veynaldum Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib.

İdman.Biz xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 35 yaşlı futbolçu ilə birillik müqavilə imzaladığını açıqlayıb.

Niderland millisinin sabiq yarımmüdafiəçisi olan Veynaldum karyerası ərzində “Feyenord”, PSV, “Nyukasl”, “Liverpul”, PSJ və “Roma”nın formasını geyinib.

Yarımmüdafiəçinin karyerasının ən uğurlu dövrü “Liverpul”da keçib. O, İngiltərə klubu ilə Çempionlar Liqasının, Premyer Liqanın, klublararası dünya çempionatının və UEFA Super Kubokunun qalibi olub.

Veynaldum Niderland millisində 96 oyun keçirib və 28 qol vurub. O, 2014-cü ildə dünya çempionatının bürünc medalını qazanıb.

İdman.Biz
Məqalədə: