Futbol üzrə Mərakeş millisinin yarımmüdafiəçisi Hakim Ziyeş “Botafogo”ya keçidini rəsmiləşdirmək üçün sabah Braziliyaya gedəcək.
İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Romano keçidin razılaşdırıldığını və futbolçunun Braziliya klubuna qoşulacağını bildirib.
Tərəflər transferlə bağlı artıq razılığa gəliblər. Ziyeş Mərakeşin “Vidad” klubundan ayrıldıqdan sonra “Botafogo”ya azad agent kimi keçəcək. 33 yaşlı futbolçunun Braziliyaya çatdıqdan sonra yeni klubu ilə müqavilə imzalaması gözlənilir. Braziliya mətbuatının məlumatına görə, müqavilə ikiillik olacaq.
Hakim Ziyeş karyerası ərzində “Çelsi”, “Qalatasaray”, “Ayaks”, “Tvente” və digər klublarda çıxış edib. O, 2025-ci ildən “Vidad”ın formasını geyinirdi.
Qeyd edək ki, Ziyeş 2022-ci il dünya çempionatında Mərakeş millisinin heyətində yarımfinala qədər yüksələn komandanın əsas futbolçularından biri olub.
33 yaşlı futbolçunun Transfermarkt portalındakı hazırkı bazar dəyəri 2,2 milyon avro göstərilir.
