“Neftçi”dən ayrılan futbolçunun yeni klubu məlum olub

4 Sentyabr 2026 14:02
77
“Neftçi”dən ayrılan futbolçunun yeni klubu məlum olub

Bosniya və Herseqovina futbol millisinin qapıçısı Kenan Piriç karyerasını Latviyada davam etdirəcək.

İdman.Biz Latviya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı qapıçı artıq özünə yeni klub tapıb.

Piriçin Latviyanın “Riqa” klubu ilə anlaşdığı və sabah yeni komandasının qapıçısı kimi təqdim olunacağı bildirilir.

“Riqa” ötən mövsümü Latviya çempionu kimi başa vurub. Hazırda komanda turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Çempionlar Liqasının təsnifat mərhələsində ilk raundda mübarizəni dayandıran “Riqa” Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmağı bacarıb.

Piriç ötən mövsüm “Neftçi”nin heyətində bütün turnirlərdə ümumilikdə 28 oyuna çıxıb və 31 qol buraxıb. O, 10 matçda qapısını toxunulmaz saxlayıb.

Bosniya və Herseqovina millisinin sabiq qapıçısı peşəkar karyerasına “Qradina”da başlayıb. Daha sonra Belçikanın “Gent” klubuna keçən Piriç burada əsas komandanın əvəzedici heyətində çıxış edib.

Qısa müddət sonra Bosniya və Herseqovinaya qayıdan qapıçı “Sloboda”nın (Tuzla) formasını geyinib. Ardınca Mostarın “Zrinjski” klubuna transfer olunub.

“Zrinjski”dən sonra Piriç “Maribor”, “Atromitos”, “Göztəpə”, AEK Larnaka və “Antalyaspor”da çıxış edib. O, ötən yay Azərbaycana gələrək “Neftçi” ilə müqavilə imzamışdı.

İdman.Biz