21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Yığma sentyabr və oktyabr aylarında üç rəsmi görüş keçirəcək.
25 sentyabr
Azərbaycan (U-21) - Çexiya (U-21)
“Bank Respublika Arena”
30 sentyabr
Şotlandiya (U-21) – Azərbaycan (U-21)
“Reqbi Park” (Kilmarnok, Şotlandiya)
6 oktyabr
Azərbaycan (U-21) – Cəbəllütariq (U-21)
“Bank Respublika Arena”
