Tyerri Anri: “Barkola inanılmaz dərəcədə sürətlidir”

2 Sentyabr 2026 12:03
106
Tyerri Anri: “Barkola inanılmaz dərəcədə sürətlidir”

Fransa millisinin sabiq hücumçusu Tyerri Anri Bredli Barkolanın PSJ-dən “Liverpul”a transferini dəyərləndirib.

İdman.Biz “This Is Anfield”ə istinadən xəbər verir ki, “Sky Sports”un eksperti 23 yaşlı fransalının sürəti və müdafiəçilərlə təkbətək mübarizədəki bacarığı sayəsində komandanın ciddi silahına çevrilə biləcəyini düşünür.

“Əgər əks-hücumlarda oynamaq istəyirsinizsə, o, inanılmaz dərəcədə sürətlidir. Amma hücumları bir qədər daha yaxşı tamamlamalıdır”, - deyə Anri bildirib.

Sabiq futbolçunun fikrincə, “Liverpul”un məşqçilər korpusu Barkolanın müdafiəçilərlə daha çox təkbətək qalmasına imkan verən vəziyyətlər yaratmalıdır. Anri fransalının çalışqanlığını və pressinqdə iştirak etməyə hazır olduğunu da vurğulayıb.

Bununla yanaşı, o hesab edir ki, Barkolanın müdafiə baxımından həddindən artıq yüklənməsi onun hücumdakı güclü tərəflərini məhdudlaşdıra bilər.

“Liverpul” hücumçunun PSJ-dən transferini avqustun 31-də rəsmən açıqlayıb. Barkola İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

İdman.Biz