Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi kimi Premyer Liqada 200-cü oyununa çıxıb

31 Avqust 2026 11:44
102
Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi kimi Premyer Liqada 200-cü oyununa çıxıb

Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi kimi Misli Premyer Liqasında 200-cü oyununu keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, qəsəbə təmsilçisi mütəxəssisin rəhbərliyi altında yubiley qarşılaşmasında “Neftçi”ni üçüncü turda 1:0 hesabı ilə məğlub edib.

2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən mütəxəssisin başçılıq etdiyi kollektiv 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə məğlub olub. Bu matçlarda 247 qol vuran komanda qapısında 187 top görüb.

Qeyd edək ki, R.Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də “Qəbələ” ilə səfər görüşündə (1:1) gerçəkləşib.

İdman.Biz