“Sabah” futbolçuları Çempionlar Liqasına vəsiqəyə görə nə qədər pul alacaqlar?

26 Avqust 2026 12:25
95
“Sabah” futbolçuları Çempionlar Liqasına vəsiqəyə görə nə qədər pul alacaqlar?

“Sabah” rəhbərliyinin futbolçulara UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksələcəkləri təqdirdə verəcəyi mükafatın məbləği müəyyənləşib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, “bayquşlar”ın tarixi uğurunda pay sahibi olan hər bir futbolçuya 60 min manat mükafat verəcəyi bildirilir.

Qarşılaşmada ehtiyatda qalan futbolçular isə əsas məbləğin 50 faizini əldə edəcəklər.

Beləliklə, “Sabah”ın futbolçuları üçün Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsinə vəsiqə qazanmaqla yanaşı, ciddi maddi motivasiya da mövcuddur.

Qeyd edək ki, “Sabah” əlavə vaxtda İsrailin “Hapoel” (Beer-Şeva) komandasını 5:2 hesabı ilə üstələyib.

İdman.Biz
Məqalədə: