“Yuventus”un türkiyəli futbolçusu ağır zədələnib

25 Avqust 2026 10:59
77
“Yuventus”un türkiyəli futbolçusu ağır zədələnib

“Yuventus”un vingeri Kenan Yıldız İtaliya A Seriyasının 1-ci turunda “Frozinone”yə qarşı keçirilən oyunda (1:0) ciddi zədə alıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

21 yaşlı türkiyəli futbolçunun sol ayağının pəncə nahiyəsində sınıq aşkarlanıb və o, qarşılaşmanın 69-cu dəqiqəsində əvəzlənib. Onun yerinə Jeremi Boqa meydana daxil olub.

Mənbənin məlumatına görə, müayinə zamanı cərrahi müdaxiləyə ehtiyac olduğu müəyyənləşib. Yıldızın bərpasının təxminən üç ay çəkəcəyi gözlənilir.

Türkiyəli futbolçu ötən mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 47 matç keçirib, 11 qol vurub və doqquz məhsuldar ötürmə edib. “Transfermarkt” portalı oyunçunun bazar dəyərini 75 milyon avro qiymətləndirir.

İdman.Biz