“Hall Siti” İPL-ə xüsusi təqdimatla qayıdır - VİDEO

22 Avqust 2026 12:15
83
“Hall Siti” İPL-ə xüsusi təqdimatla qayıdır - VİDEO

Futbol üzrə İngiltərə Premyer Liqasının(İPL) yeni mövsümün ilk matçı ərəfəsində “Hall Siti” azarkeşlərini həyəcanlandıracaq xüsusi bir addım atıb.

İdman.Biz xəbər verir ki, klub narıncı filtrli təsirli bir videoçarx paylaşaraq Premyer Liqaya rəsmən qayıtdıqlarını hər kəsə bərkədən bəyan edib.

“Pələnglər” bu gün doğma azarkeşləri önündə “Mançester Yunayted”i qəbul edəcək. Oyun Bakı vaxtı ilə 15:30-da start götürəcək.

Qayıdışdan sonrakı ilk sınağın və ümumilikdə bütün mövsümün komanda üçün necə keçəcəyi böyük maraq doğurur.

Qeyd edək ki, “Hall Siti” sonuncu dəfə Premyer Liqada 2016/17 mövsümündə çıxış edib.

İdman.Biz