Rafinya və Flik “Barselona” azarkeşlərinə səsləndilər

19 Avqust 2026 22:49
102
Rafinya və Flik “Barselona” azarkeşlərinə səsləndilər

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Rafinya və baş məşqçi Hansi Flik Joan Qamper Kuboku çərçivəsində azarkeşlər qarşısında çıxış ediblər.

İdman.Biz xəbər verir ki, Rafinya çıxışına ciddi zədə alan komanda yoldaşı Runi Bardciyə dəstək sözləri ilə başlayıb.

“İlk növbədə, Runiyə tezliklə sağalmasını arzulamaq istəyirəm. O, həyatının və karyerasının çox çətin dövrünü yaşayır və bizim dəstəyimizə ehtiyacı var. O, əla oğlan və möhtəşəm futbolçudur. Ona demək istəyirəm ki, hamımız yanında olacağıq və ehtiyac duyduğu hər məsələdə kömək etməyə hazırıq. Çünki sonda o, bizdən biridir və biz həmişə ailəmizin üzvlərinin qayğısına qalmalıyıq”, - Rafinya bildirib.

Braziliyalı futbolçu dünya çempionu olan komanda yoldaşlarını da təbrik edib.

O, azarkeşlərin dəstəyinin komanda üçün vacibliyini xüsusi vurğulayıb:

“Biz komanda olaraq inkişaf etməyə davam edirik və komanda kimi mübarizə aparacağıq. Bunun üçün bütün mövsüm ərzində dəstəyinizə ehtiyacımız olacaq. Birlikdə inanılmaz dərəcədə güclüyük və yalnız birlikdə bütün mümkün titullar uğrunda mübarizə apara bilərik. Visca el Barça! Visca Catalunya!”

Daha sonra çıxış edən Hansi Flik yeni mövsümlə bağlı hədəflərindən danışıb:

“Məncə, həqiqətən əla və çox keyfiyyətli komandamız var. Buna görə Dekuya, prezidentə və prosesdə iştirak edən hər kəsə təşəkkür edirəm. Biz hər gün çox çalışmaq və bütün titullar uğrunda mübarizə aparmaq üçün hazırıq”.

İdman.Biz