İspaniyanın “Barselona” klubu səkkiz gənc futbolçunu əsas komandanın heyəti ilə birlikdə “Spotify Camp Nou”da təqdim edib.
İdman.Biz xəbər verir ki, təqdim olunan futbolçular Orian Qoren, Hamza Abdelkarim, Xavi Espart, Jordi Pesquer, Alvaro Kortes, Brian Farinyas, Eder Aller və Ebrima Tunkaradır.
Hansi Flik mövsümöncəsi hazırlığın ilk mərhələsində əsas komandanın bəzi üzvlərinin istirahətdə olması səbəbindən akademiya futbolçularına geniş şans verib.
Yay boyunca yeddi meydan oyunçusu və bir qapıçı əsas komandanın məşqlərində iştirak edərək təqdimat mərasimində yer almaq hüququ qazanıblar.
Misirli hücumçu Hamza Abdelkarim üçün tədbir xüsusi əhəmiyyət daşıyıb. O, Joan Qamper Kubokunda keçmiş klubu “Əl-Əhli”yə qarşı meydana çıxmaq imkanı əldə edib.
Ebrima Tunkara və qapıçı İker Rodriges isə günün əvvəlində “Barselona Atletik”in “CE Europa” ilə görüşündə iştirak etmələrinə baxmayaraq, əsas komandanın tədbirinə də cəlb olunublar.
