“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi dəqiqləşib

13 Avqust 2026 22:56
87
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi dəqiqləşib

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi dəqiqləşib.

İdman.Biz-in məlumatına görə, Azərbaycan təmsilçisi bu raundda Niderlandın "Tvente" kollektivi ilə üz-üzə gələcək.

Komanda III təsnifat mərhələsində "DAK 1904" (Slovakiya) klubunu iki oyunun nəticəsinə əsasən məğlub edib - 6:0, 3:3.

"Qarabağ" bu raundda Ukraynanın "Dinamo" (Kiyev) komandasını mübarizədən kənarlaşdırıb. Polşada rəqibinə 0:1 hesabı ilə uduzan "köhlən atlar" Bakıda iki cavabsız qolla qalib gəlib.

İdman.Biz