“Biz “Qarabağ”la oyuna çox ciddi hazırlaşmışıq”.
İdaman.Biz xəbər verir ki, bunu “Dinamo”nun (Kiyev, Ukrayna) futbolçusu Matvey Panomarenko UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.
Futbolçu bildirib ki, Bakıda çoxlu azarkeş qarşısında oynayacaqlarından xəbərdardılar.
“Səfərdə oynayırıq. Bakıda azarkeşlərin sayı olduqca çoxdur. Qələbə qazanmağa çalışacağıq. Oyuna köklənməliyik. “Qarabağ" çox güclü komandadır. Ciddi şəkildə hazırlaşmışdıq və çətin olacağını düşünürük” - deyə hücumçu bildirib.
