AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun birinci mərhələsi keçirilir.
İdman.Biz xəbər verir ki, dörd gün davam edəcək məşğələlərə Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov, eləcə də təlimatçılar Osman Rəhimov və Arif Əsədov rəhbərlik edirlər.
Qeyd edək ki, məşqçi kursunun birinci mərhələsinə avqustun 13-də yekun vurulacaq.
