“Lepinitsanın oyununu xüsusi qeyd etmək istərdim” – Poulsenin İDMAN.BİZ-Ə CAVABI - VİDEO

11 Avqust 2026 23:23
146
“Lepinitsanın oyununu xüsusi qeyd etmək istərdim” – Poulsenin İDMAN.BİZ-Ə CAVABI

“Sabah”ın heyətində bir çox futbolçular kifayət qədər ciddi futbolçulardır”.

Bu sözləri “Orhus”un baş məşqçisi Yakob Poulsen İdman.Biz-in "Sabah"dan hansı futbolçunu heyətinizdə görmək istəyərdiniz?” sualına cavab verərkən deyib.

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Orhus” Bakıda “Sabah”ın qonağı olub. Oyun 4:0 hesabı ilə “Sabah”ın xeyrinə qurtarıb və Azərbaycan klubu iki oyunun nəticəsinə əsasən Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

“Orhus” isə Avropa Liqasının pley-offunda oynayacaq. Onların rəqibi “Benfika” – “Harts” cütlüyünün qalibi olacaq.

“İstər müdafiədə, istərsə də hecumda və yarımmüdafiədə oyunçuları var ki, onları fərqləndirmək olar. Lakin İvan Lepinitsanı xüsusi qeyd etmək istərdim”, - Poulsen bildirib.

İslam Atakişiyev

İdman.Biz