“İkinci hissədə böyük səhvlərə yol verdik və topu rəqibə bağışladıq”.
İdman.Biz bildirir ki, bu sözləri “Orhus”un baş məşqçisi Yakob Poulsen UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Sabah"la oyundan sonra verdiyi açıqlamada deyib.
Oyun 4:0 hesabı ilə “Sabah”ın xeyrinə qurtarıb və Azərbaycan klubu iki oyunun nəticəsinə əsasən Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
“Orhus” isə Avropa Liqasının pley-offunda oynayacaq. Onların rəqibi “Benfika” – “Harts” cütlüyünün qalibi olacaq.
“Sabah”ın hücumları qarşısında ciddi səhvlər etdik. Nəticəsi ağır oldu. Bizi “Benfika” gözləyir. “Benfika” çox güclüdür,bunu sübut etməyə gərək yoxdur”, - Poulsen deyib.
İslam Atakişiyev
