“Çempionlar Liqasının pley-off mərhələsinə adlamaq üçün oynayacağıq”
İdman.Biz xəbər verir ki, bunu “Orhus”un baş məşqçisi Yakob Poulsen “Sabah”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Bu komandalar arasında ilk matç 2:1 hesabı ilə danimarkalıların xeyrinə qurtarıb.
Poulsen sabah keçiriləcək görüşlə bağlı düşüncələrini bölüşüb.
“Ümid edək ki sabah yaxşı oyun sərgiləyəcəyik. Uzun yol qət etmişik. Həftəsonu oyun keçirməmişik. Ümid edirəm ki yaxşı olacaq. Çempionlar Liqasında pley-off mərhələsinə adlamaq üçün oynayacağıq. Heyətdə zədəli futbolçular var idi. Artıq sağ alıblar oynayacaqlar. Sabah üstün olan tərəf növbəti mərhələyə yüksələcək. Hava istidir, amma bu şərtlər altında oynamağa məcburuq”, Poulsen deyib.
“Sabah” – “Orhus” matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da start götürəcək.
