Reşford yenidən “Barselona”ya qayıda bilər

10 Avqust 2026 06:27
298
Reşford yenidən “Barselona”ya qayıda bilər

İspaniya “Barselona”sı yay transfer pəncərəsində hücum xətti ilə bağlı planlarını tam reallaşdıra bilməsə, keçmiş futbolçusu Markus Reşforda yenidən üz tuta bilər.

İdman.Biz xəbər verir ki, İngiltərə “Mançester Yunayted”inin hücumçusu Markus Reşfordun Kataloniya klubuna qayıtmaq ehtimalı var.

İddiaya əsasən, Ferran Torres “Barselona”dan ayrılarsa və İspaniya “Atletiko”sunun hücumçusu Xulian Alvaresin transferi baş tutmazsa, kataloniyalılar Reşford variantını yenidən nəzərdən keçirə bilərlər.

Belə olan halda “Barselona”nın heyətdə klassik “9 nömrə” olmadan oynamağa hazır olduğu bildirilir. Klubun hücum xəttində futbolçuların mövqelərini dəyişdirdiyi daha çevik sistemə üstünlük verə biləcəyi qeyd olunur.

Xatırladaq ki, Reşford 2025/26 mövsümünü icarə əsasında “Barselona”da keçirib.

İdman.Biz