“Mahir Emreli ilə bir gün”: Millimizin qaldığı hoteldən maraqlı görüntülər - VİDEO

9 İyun 2026 17:18
111
“Mahir Emreli ilə bir gün”: Millimizin qaldığı hoteldən maraqlı görüntülər - VİDEO

Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycanın futbol millisi UEFA Millətlər Liqasına hazırlıq məqsədilə Macarıstanın Sombatxey şəhərində təlim-məşq toplanışını davam etdirir.

İdman.Biz xəbər verir ki, AFFA “YouTube” kanalında "Mahir Emreli ilə bir gün" layihəsi təqdim edilib.

Futbolçumuz millidəki çıxışı və gələcək planları ilə bağlı fikirlərini bölüşüb.

Eyni zamanda, milli komandanın üzvlərinin istirahət vaxtı və komanda daxilindəki ab-hava da maraqlı görüntülərlə təqdim olunub.

İdman.Biz