"Hər zaman Laurentsiu Regekampfın mənim üçün qardaş kimi olduğunu deyirdim. Məşqdə rəhbərim idi".
İdman.biz xəbər verir ki, bunu "Styaua"nın fiziki hazırlıq üzrə məşqçisi Tomas Noyberq deyib.
54 yaşlı mütəxəssis 11 il "Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Regekampfla çalışıb. Almaniyalı mütəxəssis onunla Bakıya gəlməmişdən əvvəl əməkdaşlığa son qoyub.
Noyberq bildirib ki, Rege ilə münasibətlər onun işçilərə etdiyi əməllərdən sonra pisləşib: "O mən, Toni və Takla danışdı və onu çirkin etdi. Bilmirəm niyə. Laurentsiudan soruşun. Onunla təkbətək danışdım, dedim ki, qardaşımsan, 10-11 il bir yerdə işləmişik, amma çox dəyişmisən. Çox əsəbiləşdi və bir həftə mənimlə danışmadı".
Qeyd edək ki, Laurentsiu Regekampf 2022/23 mövsümündə "Neftçi"ni çalışdırıb. O, hazırda Səudiyyə Ərəbistanda "Əl-Tai"nin baş məşqçisidir.
İdman.biz
