Qvardiola: “Mançester Siti”ni Bernardo Silvasız təsəvvür etmirəm”

20 Aprel 2026 18:38
347
Qvardiola: “Mançester Siti”ni Bernardo Silvasız təsəvvür etmirəm”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın portuqaliyalı futbolçusu Bernardo Silva haqqındakı maraqlı açıqlama ilə çıxış edib.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis “Mançester Siti”ni Bernardo Silvasız təsəvvür etmədiyini bildirib.

“Onsuz bu komandanı təsəvvür etmək çətindir. 9 il, saysız-hesabsız kuboklar və meydanda qoyulan can... Bernardo Silva xüsusi oyunçudur. Silvanın həm meydanda, həm də paltardəyişmə otağında əvəzedilməzdi” - deyə P.Qvardiola qeyd edib.

İdman.Biz