"Liverpul" futbolçusu Ris Uilyamsı geri qaytarıb.
İdman.biz xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi icarədə olan 22 yaşlı müdafiəçini vaxtından əvvəl geri çağırıb. İcarə əsasında Şotlandiya "Aberdin"ində olan Ris yenidən doğma klubuna qoşulub.
Mersisayd klubunun öz yetirməsi olan Uilyams əsas komandada 2020-ci ildə debüt edib. O, "qırmızılar"ın heyətində ümumilikdə 19 matç keçirib.
Qeyd edək ki, Ris İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.
İdman.biz
