“Barselona” Rafinyaya əvəzedici tapıb

1 Aprel 2026 10:04
174
“Barselona” Rafinyaya əvəzedici tapıb

İspaniyanın “Barselona” futbol klubu gələn mövsüm üçün hücum xəttini gücləndirmək planlarını davam etdirir. Kataloniya təmsilçisinin hədəfində bu dəfə “Benfika”nın gənc ulduzu Andreas Şkellerupdur.

İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, klubun idman direktoru Deku 21 yaşlı norveçli futbolçunu sol cinah hücumunu gücləndirmək üçün ən uyğun namizədlərdən biri hesab edir.

Şkellerupun Portuqaliya təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi olsa da, onun nümayiş etdirdiyi performans “Barça”nın diqqətini çəkib. Hazırda transfer dəyəri 20 milyon avro (40 milyon AZN) qiymətləndirilən vinger bu mövsüm bütün turnirlərdə yeddi qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Andreas Şkellerup özü də mətbuata verdiyi açıqlamada bu maraqdan xəbərsiz olduğunu, lakin “Barselona” kimi bir klubda oynamaq ehtimalının möhtəşəm səsləndiyini gizlətməyib. Lakin “Benfika”nın gənc istedadı asanlıqla buraxmaq niyyətində olmadığı və onun sərbəstqalma məbləğinin 100 milyon avro (200 milyon AZN) olduğu bildirilir.

İdman.Biz