Minifutbol üzrə ölkə çempionatı: Yarımfinal cütlükləri məlum olub - YENİLƏNİB

5 Mart 2026 01:33
312
Minifutbol üzrə ölkə çempionatı: Yarımfinal cütlükləri məlum olub

Minifutbol üzrə ölkə çempionatında 1/4 finalın cavab oyunları keçirilir.

İdman.Biz bildirir ki, “Zirə” “DİN İdman Cəmiyyəti”ni qəbul edib.

Matç 5:1 hesabı ilə “Zirə”nin qələbəsi ilə yekunlaşıb. İlk oyunda da qalib gələn (4:1) “Zirə” yarımfinala yüksəlib.
1/4 finalın digər oyununda “Lənkəran” “Birbaşa Bakı”nı qonaq edib. Matç 2:2 hesabı ilə bitib və ilk görüşdə 5:2 hesabı ilə üstün olan paytaxt klubu adını yarımfinala yazdırıb.

Nəhayət, sonuncu 1/4 final oyununda “Buxar”la “Aznur” üz-üzə gəliblər. Matç 5:1 hesabı ilə “Aznur”un qalibiyyəti ilə yekunlaşıb. İlk matçda da 2:1 hesabı ilə qalib gələn “Aznur” yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda “Zirə” “Sumqayıt”la, “Aznur” isə “Birbaşa Bakı” ilə qarşılaşacaq.

21:44

Minifutbol üzrə ölkə çempionatında 1/4 finalın cavab oyunları keçirilir.

İdman.Biz bildirir ki, “Sumqayıt” “Galaxy”ni qəbul edib. Oyun 4:3 hesabı ilə “Sumqayıt”ın xeyrinə başa çatıb.

İlk görüşdə 3:3 hesablı heç-heçə qeydə alındığı üçün “Sumqayıt” yarımfinala adlayıb.

Digər dörddəbir final oyunlarında “Aznur “Buxar”la, “Birbaşa Bakı” “Lənkəran”la, “DİN İdman Cəmiyyəti” isə “Zirə”ylə qarşılaşır.

İdman.Biz