“Miss Polşa-2022” titulunun sahibi Aleksandra Klepaçka Polşa futbol çempionatı - Ekstraklassada şərhçi kimi fəaliyyət göstərəcək.
İdman.Biz xəbər verir ki, o, ölkənin aparıcı idman telekanallarından biri olan “Canal+ Sport” ilə əməkdaşlığa başlayıb.
Klepaçka çempionat oyunlarını izləyərək analitik çıxışlar edəcək və tamaşaçılar üçün ekspert rəyləri təqdim edəcək. Bununla da o, gözəllik müsabiqəsindən sonra media sahəsində yeni mərhələyə qədəm qoyub.

