İngiltərənin Çempionşipində "Hall Siti" ilə "Bristol" arasında keçirilən qarşılaşmada qeyri-adi hadisə yaşanıb.
İdman.Biz xəbər verir ki, oyunun gedişində meydançaya daxil olan dələ matçın qısa müddətlik dayanmasına səbəb olub.
Hakimlər və stadion əməkdaşları heyvanı təhlükəsiz şəkildə kənarlaşdırdıqdan sonra görüş qaldığı yerdən davam etdirilib. Tribunadakı azarkeşlər isə bu maraqlı epizodu alqışlarla qarşılayıblar.
