“Şəfa”dan ayrılan futbolçu “Xankəndi”yə transfer olunub

2 Fevral 2026 12:55
66
“Şəfa”dan ayrılan futbolçu “Xankəndi”yə transfer olunub

“Şəfa” ilə yollarını ayıran Rauf Məhərrəmovun karyerasını harada davam etdirəcəyi bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə “Xankəndi” Futbol Klubu məlumat yayıb.

İkinci Liqada mübarizə aparan “Xankəndi” yarımmüdafiəçini heyətinə cəlb edib.

Klub gənc futbolçu ilə rəsmi müqavilə imzaladığını açıqlayıb.

İdman.Biz