“Yuventus”dan Mauro İkardi üçün hərəkət

2 Fevral 2026 06:24
320
“Yuventus”dan Mauro İkardi üçün hərəkət

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin adı yenidən Avropa nəhəngləri ilə hallanır. Argentinalı futbolçu ilə bu dəfə İtaliyanın “Yuventus” klubu maraqlanır.

İdman.Biz “Sky Sports”a istinadla xəbər verir ki, “Yuventus” Mauro İkardini transfer etmək üçün “Qalatasaray”la ilkin təmaslara başlayıb. Turin təmsilçisinin 31 yaşlı forvard üçün 1,5 illik müqavilə təklifi hazırladığı bildirilir.

Mənbənin yazdığına görə, “Qalatasaray” rəhbərliyi mümkün ayrılığa prinsip etibarilə müsbət yanaşır. Lakin İkardinin yüksək maaş tələbi danışıqların sürətlənməsinə mane olur. Qeyd olunur ki, futbolçunun “İnter”dəki sabiq baş məşqçisi Luçano Spalletti onu yenidən komandasında görmək istəyir.

Xatırladaq ki, Mauro İkardi “Qalatasaray”da keçirdiyi dörd mövsüm ərzində 116 oyunda 71 qol vurub, 24 məhsuldar ötürmə edib. Argentinalı hücumçu İstanbul klubunun heyətində üç dəfə Türkiyə Superliqası, həmçinin Türkiyə Kuboku və Türkiyə Superkubokunu qazanıb.

İdman.Biz